Fevralın 18-də xocalıların kompakt şəkildə məskunklaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 2019-cu ilin sosial-iqtisadi inkişafın yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında illik hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər, Ulu öndərə ehtiramlarını bildirdilər.
Xocalı Rayon İcra Hakimiyyətinin akt zalında davam edəndə tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov hesabat məruzəsində görülən işlər barədə iclas iştirakçılarına ətraflı məlumat verdi.
Şahmar Usubov bildirdi ki, hər il olduğu kimi 2019- cu ildə də rayonumuzda sosial-iqtisdi proqramlar müvəffəqiyyətlə icra olunmuşdur. Əhalinin rifah halı yüksəlmişdir. Əvvəlki illərdə olduğu kimi 2019- cu ildə də aztəminatlı ailələrə və pensiyaçılara müavinət və təqaüdlərin ödənilməsi diqqət mərkəzində saxlanılmış, gecikdirmə hallarına yol verilməmişdir.
2019-cu il ərzində 268 nəfər vətəndaş Xocalı rayon Məşğulluq Mərkəzinə müraciət etmişdir. İlin sonuna olan məlumata əsasən mərkəzdə 347 nəfər işaxtaran kimi qeydiyyata alınmış. 103 nəfər işlə təmin olunmuş,1 nəfərə isə işsizlikdən sığorta ödənişi təyin edilmişdir.
2019-cu ilin sonuna dair aparılan təhlildən məlum olur ki, Xocalı rayon İcra Hakimiyyəti Aparatına ilbəil müraciət edənlərin sayı azalır. Qaldırılmış təkliflərin həllində isə müsbət dəyişikliklər olmuşdur. Bu onunla bağlıdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına ölkə Prezidenti cənab İlham Əliyev daim diqqət və qayğı göstərir.
2019-cu ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatına 346 vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaş müraciətlərindən 334-ü ərizə, 12-i şikayət məzmununda olmuşdur. 2019-cu ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatına təklif daxil olmamışdır. Göründüyü kimi İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərdən şikayət az sayda olmuşdur. Daxil olan 334 ərizə vaxtında icra olunmuşdur.
Məruzə ətrafı çıxışlarda Xocalı rayon Maliyyə Şöbəsinin rəisi İlqar Əliyev, Xocalı RTŞ-nin müdiri Şakir Əliyev, "Xocalı RMX-nin" Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxış edərək rəhbərlik etdiyi idarələrin gördüyü işləri diqqətə çatdırdılar.
Sonra təkliflərə yer verildi. Hesabat iclasında Aşağı Ağcakəndlə Yuxarı Ağcakənd arasında marşurutun təşkili,Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə xeyir-şər evinin tikilməsi, Meşəli qəsəbəsində su borularının yenilənməsi təklifləri irəli sürüldü.
Hesabat məruzəsinə münasibət bildirən Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışından tezislər söylədi.
Ağa-Əli Əhmədov Xocalı rayon sakinlərinin yeni mənzillərlə təmin olunması faizini ən yüksək göstərici olduğunu qeyd etdi. Aşağı Ağcakənd qəsəbəsində "Azərxalça" Xocalı filialının yaradılması ilə 150-yə qədər insanın işlə təmin olunacağını bildirdi. Bildirdi ki, rayonda Özünəməşğulluq proqramının müxtəlif sahələri əhatə etməsi müsbət haldır. Ali təhsilə qəbulda da irəliləyiş var. Ali orqanlara şikayət baxımından ən aşağı göstərici Xocalı rayonundadır. Bu da rayon rəhbərinin apardığı səyyar qəbul-görüşlər, əhali ilə münasibətindən asılıdır.
Sonra hesabat iclasının qərar layihəsi oxundu.
Sonda Azərbaycan Republikasının Prezidenti zati-aliləri Cənab İlham Əliyevə Xocalı rayon fəallar yığıncağı nümayəndələrinin müraciəti və Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT,AŞPA və s.) müraciəti dinlənildi.